2-ci Beynəlxalq Övrə Günü növbəti dəfə Oktyabrin 1 –də qeid ediləcək! Bu il, o, “Övrə-nəzarət altında!” şuarı altında keçirilir. Tədbirin məqsədi xəstələrə öz xəstəliklərinin nəzarət altında olub-olmamasını obyektiv olaraq qiymətləndirmələrinə imkan yaratmaqdır və xəstəliyə nəzarət olunmadığı halda, müvafiq tədbirlərlə nəzarəti əldə etməkdir. Xəstəliyin qiymətləndrilməsi bizim tərtib etdiyimiz , tibbi istifadə üçün təsdiqlənmiş və müalicənin optimallaşdırılmasına xidmət edən xüsusi Övrə Nəzarət Testi (ÖNT) vasitəsi ilə aparılır. Test aşağıdakı linkdən əldə oluna bilər: http://urticariaday.org/uct/face-upload/ və biz Sizi onu cavablandırmağa çağırırıq. Testin nəticəsini başqaları ilə müzakirə edərək və paylaşaraq, Siz övrədən əziyyət çəkən başqa insanlara da kömək etmiş olursunuz.
Övrə Günü xəstələr və onların ailələri, həkimlər, siyasətçilər arasında , mətbuatda və , nəhayət, bütün dünyada övrə xəstəliyinə diqqət çəkmək üçün gözəl fürsətdir. Həkimlər arasında da maarifləndirici vəsaitləri yaymağa çalışırıq ki, onlar da öz növbələrində aparılan müalicənin keyfiyyətini artırsınlar və nəticədə xəstələr də öz həyat keyfiyyətlərini artıra bilsinlər. Övrə birliyinə qoşularaq Siz öz ünsiyyət dairənizi genişləndirəcəksiniz, görəcəksiniz ki, tək deyilsiniz və ehtiyacınız olanda məsləhət və kömək əldə edə biləcəksiniz.
“Biz” deyəndə kim nəzərədə tutulur sualı doğa bilər. Biz- hamımızıq! Xəstələr, həkimlər, tibbi müəssisə və təşkilatlar, Siz və mən. Övrə günündə iştirak edən hər kəs övrə şəbəkəsinin üzvüdür. Övrə günü haqqında başqalarına danışaraq, həm bizə kömək edin, həm də öz xəstəliyinizi nəzarət altında saxlamağa müvəffəq olun. Ailə üzvlərinizə, dostlarınıza, iş yoldaşlarınıza və hətta öz həkiminzə Övrə Günü haqqında danışın. Bacardığınız hər bir yolla Övrə Günü haqqında məlumat yayın: facebook, twitter, səhifəni bəyənməklə, paylaşmaqla və nəhayət , Övrə Nəzarət Testini cavablandıraraq nəticənizi səhifədə paylaşmaqla.
Başqalarını da ruhlandıraraq öz tədbirinizi keçirin. Niyə də “Övrə gecəsi” keçirməyəsiniz və yaxud övrə xəstələrinə özünəyardim qrupu təşkil etməyəsiniz? Bəlkə Siz öz müalicə həkiminizi xəstəxana əməkdaşları arasında trening keçirməyə ilhamlandıra bildiniz? Fotoşəklinizi və yaxud keçirdiyiniz tədbir haqqında məlumatı bu səhifədə yerləşdirin və beləliklə Övrə Gününə öz töhfənizi verin. Bütün bunlar Övrə Gününün uğurlu keçməsinə mütləq kömək edəcək!
Övrə Günü, GA²LEN, UNEV – urticaria network e.V., daab e.V. və bir çox başqa beynəlxalq təşkilatların təşəbbüsü ilə bütün dünyada keçirilir, bu da övrə və allergik xəstəliklərin müalicəsinin yaxşılaşdırılmasına xidmət edir.